Harris Ukraynanın NATO-ya daxil olması ilə bağlı sualı cavabsız buraxıb

Kamala Harris Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına dəstək olub-olmayacağına cavab verməkdən yayınıb...

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kəmalə Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala aydın cavab verməyib.

Poliqon xəbər verir ki, bu barədə Amerikanın CBS telekanalı məlumat yayıb.

Prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı sualını cavablandıran Harris deyib ki, bu problem “nə vaxtsa həll olunmalıdır”.

Eyni zamanda, vitse-prezident vurğulayıb ki, Birləşmiş Ştatlar hazırda Ukraynanın özünü müdafiə etmək qabiliyyətini dəstəkləyir.

Harris Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukraynadakı münaqişəni tez bir zamanda həll etməyə hazır olması barədə bəyanatlarını “Ukraynanının kapitulyasiyası” adlandırıb.

Poliqon.info