Samir Şərifov idarə rəisi haqda əmr verdi

Bir müddət öncə müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılan Şəmkir rayonu Maliyyə İdarəsinin rəisi Nazim Məlikov yenidən öz vəzifəsinin icrasına başlayıb
PİA.AZ Modern.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün cari il avqustun 7-də Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmışdı. Nazim Məlikov oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmriilə vəzifəsinə bərpa olunub: "Belə ki, Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib və beləliklə də Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb”.