Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 91 illiyi qeyd edilib - Fotolar

Türkiyənin Gəncədəki səfirliyi Cümhuriyyətin elan edilməsinin 91 illiyinə həsr olunmuş tədbir keçirib
Tədbiri Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşık açaraq, qonaqları salamlayıb və bayram münasibətilə təbrik edib. O, ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.Səfir qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada mövqeyini möhkəmləndirib. Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olublar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edərək, qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. M.Zeynalov vurğulayıb ki, bu gün ölkələrimiz arasında sıx əlaqələr sürətlə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir. Türkiyə və Azərbaycanın şəhərləri arasında da dostluq memorandumları imzalanır və bu həmrəylik hər birimizə böyük uğurlar gətirir. Bir neçə gün bundan əvvəl Gəncə ilə qardaşlaşan Eskişehirin Valisi Güngör Azim Tuna Gəncədə səfərdə olub, təhsil, mədəniyyət, sənaye və iqtisadiyyatın  inkişafı ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə mühüm məsələlər müzakirə edilib.Sonda Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşıka xatirə hədiyyəsi təqdim edilib. Tədbirdə şəhər rəsmiləri, ziyalılar, Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.