“Hizbullah” döyüşçüləri İsrailə sızmaq üçün deltaplanlardan istifadə edib

“Hizbullah” döyüşçüləri İsrailin şimalına nüfuz etmək üçün deltaplanlardan istifadə ediblər...

APA xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə Yuxarı Qalileyanın sərhədyanı əraziləri üzərində deltaplanlarda göydə bir neçə döyüşçü görünüb.

Onların İsrail əsgərləri tərəfindən məhv edilib-edilmədiyi barədə hələlik məlumat yoxdur.

Oktyabrın 6-da da “Hizbullah” döyüşçüləri Kibbutz Doviv yaxınlığındakı yeraltı tunel vasitəsilə İsrailin şimalına daxil olublar. İsrail hərbçiləri onlara atəş açıb və altı nəfəri öldürüb. Bu əməliyyatın başqa təfərrüatları açıqlanmayıb.

Poliqon.info