İsrail bir il ərzində Qəzza zolağında 14 minə yaxın terrorçunu öldürdüyünü açıqlayıb

Ümumilikdə İsrail ordusu Qəzzadakı hədəflərə 40,3 minə yaxın hava hücumu həyata keçirib...

Hərbi əməliyyatlar ili ərzində İsrail Müdafiə Qüvvələri böyük ehtimalla Qəzza zolağında 14 minə yaxın terrorçunu öldürüb. Daha 3 min terrorçu aşağı və orta ehtimalla məhv edilib.

Poliqon xəbər verir ki, bu barədə bazar ertəsi, oktyabrın 7-də İsrail silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, bu müddət ərzində Qəzza zolağında Fələstin HƏMAS hərəkatının 4,7 minə yaxın tuneli və 1 mindən çox raket buraxılış məntəqəsi məhv edilib. Ümumilikdə İsrail ordusu Qəzzadakı hədəflərə 40,3 minə yaxın hava zərbəsi endirib.

İDF həmçinin bildirib ki, hərbi əməliyyatlar zamanı İsrail ölkə daxilində 26 mindən çox mərmi, pilotsuz uçan aparat və raket buraxılışını qeydə alıb. Onlardan 13,2 mini Qəzza zolağından, 12,4 mini Livandan buraxılıb. 400-ə yaxın hava hədəfi İrandan, 180-i Yəməndən, 60-ı Suriyadan gəlib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət bir il əvvəl, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailə daxil olmasından sonra kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, eləcə də girov götürülməsi ilə müşayiət olunub. İsrail daha sonra Qəzza zolağının tam blokadaya alındığını elan edib. Daha sonra anklavda quru əməliyyatı başlayıb.

Poliqon.info