İsrail Livanla sərhəddə bir əsgərin öldüyünü bildirib

İsrail Müdafiə Qüvvələrinin bir əsgəri Livanla sərhəddə döyüşlər zamanı həlak olub...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında məlumat yayılıb.

Press-relizdə bildirilir ki, ölən İDF-nin 5515-ci Mobil Bölməsinin əsgəri, 25 yaşlı serjant Etay Azuledir. Onun ölüm şəraiti açıqlanmır. Daha iki əsgər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən həftə İsrail hərbçiləri tərəfindən oktyabrın 1-dən Livanda Hizbullaha qarşı aparılan quru əməliyyatında ilk böyük itki verib. İsrail ordusu Livanın cənubundakı döyüşlər zamanı 9 əsgərin həlak olduğunu bildirib. Livan ordusu da ölənlər barədə məlumat verib.

ABC telekanalının məlumatına görə, İsrailin quru əməliyyatı bir neçə həftədən çox olmayacaq.

Poliqon.info