Konqresmen İsraili İranın nüvə obyektlərinə zərbə endirməyə mane olmamağa çağırıb

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin sədri Mayk Törner deyib ki, Vaşinqton İsrailin İranın nüvə obyektlərinə mümkün zərbə endirməsinə mane olmamalıdır...

Poliqon xəbər verir ki, konqresmenin sözlərini CBS telekanalı sitat gətirib.

“Bu, hazırkı administrasiyanın çatışmazlıq göstərdiyi başqa bir sahədir”, deyə Törner əlavə edib.

Konqresmenin sözlərinə görə, Amerika prezidenti Co Bayden qeyd edib ki, İranın nüvə obyektləri İsrail və ya ABŞ üçün hərbi hədəf olmamalıdır.

“Baydenin özü əvvəllər bəyan etmişdi ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə icazə verməməlidir və lazım gələrsə, hərbi addımlar atacaq”, deyə konqresmen fikrini yekunlaşdırıb.

Poliqon.info