BMT İsrailin sülhməramlıların təhlükəsizliyinə təhdid olduğunu bildirib

İsrail ordusu Livanda Hizbullaha qarşı quru əməliyyatı zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılarını risk altına qoyur...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yazır.

Dünya təşkilatının sülhməramlı missiyasınınsözçüsü Nik Birnback BMT sülhməramlılarının təhlükəsizliyinə təhlükə yaratmağın qəbuledilməz olduğunu bildirib.

BMT-nin Livandakı qüvvələrinin nümayəndələrinin qeyd edibi ki, İsrail tərəfi əməliyyat başlamazdan əvvəl sülhməramlıları yenidən yerləşdirilməyə çağırıb, lakin sülhməramlılar bundan imtina edilib.

Oktyabrın 5-də sülhməramlıların sözçüsü Andrea Tenenti bildirib ki, İsrail ordusunun bir sıra yaşayış məntəqələrindən köçürülməsi ilə bağlı tövsiyələrinə baxmayaraq, BMT-nin müvəqqəti qüvvələri Livanın cənubundakı mövqelərində qalıb.

Poliqon.info