Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcək

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, o, hökumət başçısı postunu tutduğu müddətdə ölkə Ukraynanın NATO-ya daxil olmasına razılıq verməyəcək...

Poliqon xəbər verir ki, Robert Fiko bu barədə STVR Agentliyinə müsahibəsində danışıb. Fiko bu addımı eskalasiya və üçüncü dünya müharibəsinin başlaması üçün əsas adlandırıb.

“Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, hakim partiyanın sədri kimi mənim nəzarətimdə olan parlament üzvlərinə Ukraynanın NATO-ya daxil olmasına heç vaxt razılıq verməməyi tapşıracam”, deyə Fiko müsahibəsində bildirib.

Slovakiyanın baş naziri əlavə edib ki, Ukraynanın Avropa İttifaqına qoşulmasının əleyhinə deyil.

Xatırladaq ki, Financial Times nəşri öz mənbələrinə istinadən müttəfiqlər Ukrayna ilə “NATO-ya üzvlük müqabilində ərazi” prinsipi əsasında münaqişəyə son qoymaq sxemini müzakirə etməyə başlandığını yazıb. The Washington Post isə yazıb ki, müttəfiqlər Ukraynanın alyansa qoşulması üçün daha konkret addımlar təklif etmək niyyətindədirlər.

Poliqon.info