Ermənistanda hərbçi güllə yarasından ölüb

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyiti aşkarlanıb...

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

“Oktyabrın 6-da, saat 10 radələrində hərbi hissələrdən birinin hərbi qulluqçusu Vaqe Baqrate Arutunyanın güllələnmiş yaralı meyiti aşkarlanıb”, – məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info