Cavad Cavadov Leyla Yunusun vəkilliyindən kənarlaşdırıldı

Prokurorun qərarı ilə vəkil müdafiə prosesindən uzaqlaşdırılıb və istintaqda ifadə verib
Tanınmış vəkil Cavad Cavadov hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarının müdafiəsi prosesindən kənarlaşdırılıb. Bu barədə C.Cavadov facebook hesabında yazıb. Vəkil musavat.com-a bildirib ki, prokurorun qərarı ilə müdafiə prosesindən kənarlaşdırılıb və istintaqda dindirilib. Sitat: “Cənab Ollandın xahişindən sonra dünən Leyla Yunusun müdafiəsindən prokurorun qərarı ilə kənarlaşdırıldım və sonra şahid qismində dindirildim, əsaslar da təbii ki, əsassızdır”.Qeyd edək ki, həftənin əvvəlində Azərbaycan və Ermənistan prezidentləri arasında Parisdə görüş keçirilib. Görüşdən sonra Fransa hökumətinin yaydığı açıqlamada bildirilib ki, Fransa prezidenti ilə Azərbaycan prezidenti arasında keçirilən görüşdə Fransua Olland hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə maraqlanıb. Azərbaycan prezidenti isə Leyla Yunusla maraqlanacağını bildirib.