Ağdaşda 2 polis sürücünü döyüb

Ağdaş rayonunda yol polisinin əməkdaşları sürücünü döyüb
PİA.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib. Onlar qeyd edir ki, hadisə pul üstündə baş verib. Belə ki, yol polisləri Yasin Zalışov və Elnur Mehdiyev rayonun Pirkəkə kənd sakini Elnur Aslanovun maşınını saxlayaraq pul tələb ediblər. Sürücü pul vermədikdə isə polislər onu bərk döyüblər.Hazırda Elnur Aslanov reanimasiya şöbəsindədir. O, polislərlə bağlı prokurorluğa müraciət edib.