Axios: İsrail “Hizbullah”ın yeni liderini öldürmək üçün Beyruta hücum edir...

İsrail Hərbi Hava Qüvvələri oktyabrın 3-ü axşam saatlarında Beyrutun cənub ətrafına zərbələr endirib...

Hücumun hədəfi Livan “Hizbullah” hərəkatının öldürülmüş baş katibinin ehtimal varisi adlandırılan Haşim Səfiəddin ola bilərdi.

Poliqon xəbər verir ki, bu barədə X sosial şəbəkəsində İsrail mənbələrinə istinadən Amerikanın “Axios” portalının jurnalisti Barak Ravid məlumat verib. Oxşar məlumatı Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı yayıb. Kanal qryd edib ki, Səfiəddinin taleyi ilə bağlı hələ heç nə məlum deyil.

Xatırladaq ki, “Hizbullah”ın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. O, 1992-ci ildən hərəkata rəhbərlik edib. İsrailin baş naziri Benyamin Netanyahu onun qətlini Yaxın Şərqdə qüvvələr balansını dəyişdirmək üçün şərt adlandırıb. “Əl-Ərəbiyyə” telekanalı bildirib ki, Haşim Səfiəddin hərəkatın yeni baş katibi seçilib, lakin “Hizbullah” onun təyinatını təsdiqləməyib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri oktyabrın 3-ü axşam saatlarında Beyrutun cənub ətrafına da zərbələr endirib.

Poliqon.info