İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

İsrail hakimiyyəti İranın hücumuna hərbi cavab verəcək, lakin hələ də əməliyyatın detalalrı ilə bağlı qərar verməyib...

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, əvvəlcə İsrail hakimiyyəti bu məsələni ABŞ administrasiyası ilə müzakirə etmək istəyirlər.

Portala görə, İsrail müstəqil şəkildə cavab verəcək, lakin vəziyyətin strateji nəticələrinə görə öz planlarını ABŞ ilə əlaqələndirmək istəyir.

“İranın başqa bir cavab hücumu ABŞ Mərkəzi Komandanlığı ilə müdafiə sahəsində əməkdaşlıq, İsrail Hərbi Hava Qüvvələri üçün daha çox sursat və ABŞ-dan ola bilsin ki, başqa növ əməliyyat dəstəyi tələb edəcək”, deyə adının açıqlanmasını istəməyən İsrail rəsmisi vəziyyəti izah edib.

Amerika rəsmisinin sözlərinə görə isə bir gün əvvəl ABŞ administrasiyası ilə İsrail hökuməti arasında aparılan danışıqlar zamanı Amerika tərəfi İsrailin cavabını dəstəklədiyini, lakin bunun təmkinlə verilməli olduğuna inandığını açıq şəkildə bildirib.

Poliqon.info