Azərbaycanda vətəndaş “ASAN Xidmət”i məhkəməyə verib

6 saylı “ASAN Xidmət” Mərkəzi məhkəmə qarşısında cavab verəcək...

Poliqon xəbər verir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində 6 saylı “ASAN Xidmət” Mərkəzinə qarşı iddaya baxılacaq. İddaçı Mustafayeva Almaz Ramiz qızıdır.

Almaz Mustafayeva 6 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən vərəsəlik hüququnun pozulmasından çikayətçidir və bununla bağlı məhkəməyə baş vurub.

Mübahisəli məsələni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Ruslan Mirzəyev araşdırcaq.

Poliqon.info