Mingəçevir sakini narkotik satarkən tutuldu

Mingəçevir sakini Ucarda həbs olunub
Ucar rayon polis şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, şəhər sakini Əhməd Abdullayev narkotik maddə hesab olunan marixuana satarkən iş başında tutulub.Polisin əməliyyatı nəticəsində saxlanılan şəxs həbs olunaraq istintaqa cəlb edilib. Narkotik maddə isə maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi üzrə istintaq başlanılıb, araşdırma aparılır. Qeyd edək ki, Əhməd Abdullayev 3 uşaq atasıdır.