Barak Obamanın ögey qardaşı: O, hələ də ABŞ-ı idarə edir...

Ögey qardaşı ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hələ də ölkəni idarə etdiyini və Demokratların namizədi Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə yenə də ABŞ siyasətində mühüm rol oynayacağını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Tespublikaçılara yaxınlığı ilə bilinən New York Post qəzeti məlumat yayıb.

Obamanın qohumu vurğulayıb ki, eks-prezident hələ də ABŞ Demokratik Partiyasına rəhbərlik edir və beləliklə, ölkəni bağlı qapılar arxasında idarə edir. Əgər noyabrda keçiriləcək prezident seçkilərində hazırkı vitse-prezident Harris qalib gəlsə, Barak Obamanın siyasətdə böyük təsiri qalmaqda davam edəcək. Malik Obamanın iddasına görə indi Barak Obama demək olar ki, hər gün Harrislə danışır.

Malik Obamanın sözlərinə görə, onun ögey qardaşı ABŞ-ın hazırkı prezidenti Co Baydenin seçki kampaniyasının dayandırılmasında da birbaşa iştirak edib.

Eks-prezidentin qohumu onu “son dərəcə təkəbbürlü” və “ilan kimi yalançı” adlandırıb.

Poliqon.info