Harris və Zelenski Ukraynanın enerji sistemini müzakirə ediblər

Amerika vitse-prezidenti Kamala Harris və Ukrayna lideri Vladimir Zelenski ABŞ-ın Ukraynanın enerji sisteminə dəstəyini müzakirə ediblər...

Poliqon xəbər verir ki, bu barədə sentyabrın 26-da Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Harris və Zelenski Ukraynanın enerji sisteminin gücləndirilməsində ABŞ-ın gələcək dəstəyini müzakirə ediblər”, deyə məlumatda deyilir.

Məlumatda o da qeyd edilir ki, Harris Zelenskinin “qələbə planı”nı da Ukrayna lideri ilə müzakirə ediblər. Harris Ukraynanı dəstəkləməkdə “sarsılmaz sadiqliyini” ifadə edib.

Qeyd edək ki, sentyabrın 25-də Almaniya höküməti Ukraynanın enerji təchizatını təmin etmək üçün 70 milyon dollar ayıracaqlarını açıqlamışdı. Bundan əvvəl, sentyabrın 19-da Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının (Aİ) Ukraynaya yardım çərçivəsində 35 milyard avro məbləğində kredit ayıracağını açıqlayıb. Ukrayna bu kreditdən ölkənin enerji infrastrukturunun bərpası üçün 160 milyon avro məbləğində maliyyə yardımı alacaq.

Poliqon.info