“Hizbullah” hava qüvvələri komandirinin öldürüldüyünü təsdiqləyib...

“Hizbullah” Livan şiə hərəkatının hava qüvvələrinin komandiri Məhəmməd Hasin Sarurun İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gecə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bəyan edib ki, bu ölkənin hərbi hava qüvvələri sentyabrın 26-da Beyruta zərbələr endirib və Məhəmməd Hasin Saruru məhv edib.

Qeyd edək ki, əsasən “Hizbullah” üzvlərinin istifadə etdiyi peycer və telsizlərin sentyabrın 17-də və 18-də Livanın müxtəlif yerlərində eyni vaxtda partlaması nəticəsində Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Livan hakimiyyəti insidentə görə İsraili günahlandırıb. Daha sonra sentyabrın 19-da yəhudi dövləti Livan ərazisinə hava zərbələri endirməyə başlayıb.

Sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri Livanda “Hizbullah”ın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. İsrailin “Hizbullah” a qarşı əməliyyatı “Şimalın oxları” adlandırıb.

Poliqon.info