ABŞ Senatı müvəqqəti büdcəni təsdiqləyib

ABŞ Senatı hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib...

Poliqon The Hill qəzetinə istinadən xəbər verir ki, bu sənəd gələn həftə baş verə biləcək “şatdaun”un qarşısını almağa kömək edəcək.

The Hill qəzeti yazır ki, büdcə layihəsinin lehinə 78 senator, əleyhinə 18 senator səs verib. Sənəd həmçinin sentyabrın 26-da büdcə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən də təsdiqlənib. Sənəd artıq imzalanmaq üçün prezident Co Baydenə göndəriləcək.

Bayden ikitərəfli razılaşmaya görə Konqresin hər iki palatasına təşəkkür edib.

“Mənim administrasiyam Amerikanın müdafiəsinə, veteranlarına, yaşlılara, uşaqlara və işləyən ailələrə diqqət yetirməsini və Amerika xalqının təcili ehtiyaclarını təmin etmək üçün Konqreslə işləyəcək”, deyə Baydenin Ağ Evin saytında dərc olunan bəyanatında bildirilir.

Poliqon.info