G7 Yaxın Şərqdə baş verənlərdən narahatdır

G7 ölkələri Yaxın Şərqdə eskalasiyanın “ağılasığmaz nəticələri” barədə xəbərdarlıq edib...

Yeddilik Qrupunun (G7) xarici işlər nazirləri dünya ictimaiyyətinə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.

Poliqon xəbər verir ki, bu barədə France Presse Agentliyi məlumat yayıb. Qeyd edilir ki, gələcək hərəkətlər və onların ardıcıl cavabı bütün regionu “ağılagəlməz nəticələrlə” ümumi münaqişəyə sürükləmək təhlükəsi yaradan bu təhlükəli zorakılıq spiralının genişlənməsinə səbəb ola bilər.

“Yaxın Şərqdə daha da gərginləşmək heç bir ölkəyə sərf etmir”, deyə təşkilat hazırkı “dağıdıcı dövrəyə” son qoymağa çağırıb.

Xatırladaq ki, sentyabrın 23-də səhər saatlarında İsrail aviasiyası Livanın cənubunda və şərqində kütləvi zərbələr endirməyə başlayıb. Hava hücumlarının hədəfləri arasında onlarla kənd və qəsəbə olub. “Hizbullah” hərəkatının cavabı özünü çox gözlətməyib və şiə təşkilatı İsrailin şimalına onlarla raket atıb.

Livan hökuməti yardım üçün BMT-yə müraciət edib və İsrailin təcavüzünü dayandırmağa çağırıb.

Poliqon.info