Ərdoğan Nyu-Yorkda Paşinyan və Pezeşkianla görüşəcək

Ərdoğan ABŞ-da Zelenski, Paşinyan və Pezeşkianla danışıqlar aparmağı planlaşdırır...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran lideri Məsud Pezeşkianla danışıqlar aparacaq.

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Görüşlər Nyu Yorkdakı Türk Evində baş tutacaq. Qeyd edk ki, Türk Evi BMT-nin mənzil-qərargahı ilə üzbəüz yerləşir.

Həmçinin Türkiyə liderinin qonaqları arasında Hollandiyanın baş naziri Dik Şuf, BMT-nin baş katibi Antonio Quterreş, Küveyt vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah, Almaniya kansleri Olaf Şolts, Albaniyanın baş naziri Edi Rama və Serbiya prezidenti Aleksandr Vuçiç də olacaq.

Qeyd edək ki, Bloomberg Agentliyi yazıb ki, Ərdoğan Ankara ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşması tendensiyasını dəstəkləmək üçün ABŞ prezidentliyinə namizəd Kəmalə Harrislə də görüşmək istəyir.

Poliqon.info