ABŞ Məxfi Xidməti İlon Maskın silinmiş tviti ilə bağlı araşdırma aparır - Foto

ABŞ Məxfi Xidməti "Space X" və "Tesla"nın sahibib İlon Maskın silinmiş tvitindən sonra araşdırmaya başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi yazıb. Həmin tvitdə iş adamı prezident Co Bayden və ya Demokrat namizəd Kamala Harrisi öldürməyə heç kim cəhd belə etmir yazıb.

Nəşrin sorğusuna cavab olaraq Məxfi Xidmət bildirib ki, Maskın yazısının qeydləri hüquq-mühafizə məqsədləri üçün toplanıb və bu, hüquq-mühafizə prosedurlarına mane ola biləcəyi üçün açıqlanmır.

Axios qəzeti qeyd edir ki, istintaq Maskın hər hansı ittihamla üzləşəcəyi demək deyil, lakin o, çox güman ki, Co Bayden və ya Kamala Harris üçün təhlükə olmadığını sübut etməli olacaq.

Sentyabrın 15-i axşam saatlarında İlon Mask X sosial şəbəkəsinin başqa bir istifadəçisinin "Niyə Donald Trampı öldürmək istəyirlər?" yazısını təkrar paylaşıb. İlon Mask repostunu bu mesajla müşayiət edib: "Və heç kim Baydeni və ya Kamalanı öldürməyə belə cəhd etmir".

İstifadəçilər Maska tvitini silməyə çağırsalar da, o, bundan imtina edib. Ertəsi gün isə tvitini silib və bunun zarafat olduğunu iddia edib. Maskın yazısı Ağ Evdə tənqid edilib.

"Prezident Bayden və vitse-prezident Harrisin dünənki narahatedici xəbərlərdən sonra dedikləri kimi, ölkəmizdə siyasi zorakılığa və ya hər hansı zorakılığa yer yoxdur və bu hadisənin daha çox zorakılığa səbəb olmaması üçün hamımız əlimizdən gələni etməliyik", deyə Bayden administrasiyasının nümayəndəsi bildirib.

Poliqon.info