Emil Alxaslı və atası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi - Həqiqətə uyğun deyil...

Poliqon.info xəbər portalında 28.05.2024-cü il tarixində "Afn.az" xəbər saytına istinadən “Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..” adlı məqalə dərc edib. Biz etibarlı mənbə hesab etsək də, sonradan məqalədə bəhs edilən məlumatlar təsdiqini tapmayıb.

Adı keçən məqalə tərəfimizdən dərc olunsa da, məlumatların doğruluğunu təsdiq edə bilmədik, məlumatları təsdiq edə bilmədiyimiz üçün bir müddət sonra material internet resursumuzdan sildik. Təəssüf hissi ilə qeyd edirik ki, məqalə dərc edilərkən əlavə araşdırma aparılmayıb və məlumatlar dəqiqləşdirilməyib.

Bildiririk ki, məqalədə irəli sürülən iddiaları, o cümlədən fakt kimi təqdim edilən maliyyə sənədini təkzib edirik. Buna görə də Emil Alxaslı və atası Aydın Alxaslıdan üzr istəyirik.

Poliqon.info