Makronun Fransada populyarlığı rekord səviyyədə azalıb

BFMTV: Makron Fransa siyasətçiləri arasında populyarlığına görə 44-cü yerdə qərarlaşıb...

Ifop və Fiducial şirkətlərinin apardığı sorğuya əsasən, Fransa prezidenti Emmanuel Makron ölkənin siyasi xadimləri arasında populyarlıq reytinqində 44-cü yerdə qərarlaşıb.

Poliqon xəbər verir ki, BFMTV telekanalının çərşənbə axşamı, sentyabrın 17-də verdiyi məlumata görə, Makronun dəstək səviyyəsi cəmi 31% təşkil edir.

“Emmanuel Makron 44-cü yerdə xeyli geridədir, onun reytinqi cəmi 31%-dir”, deyə BFMTV telekanalı bildirir.

Populyarlığa görə dövlət başçısını ötüb keçənlər arasında Fransanın hazırkı baş naziri Mişel Barnye də var. Vətəndaşlar arasında ona etimad səviyyəsi 57%-ə çatıb. Ölkə siyasətçiləri arasında reytinqin lideri sırasında keçmiş baş nazir Eduard Filipp də var: fransalıların 55%-i onun fəaliyyəti ilə bağlı müsbət rəy bildirib.

Xatırladaq ki,iyulda Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gələrək, ictimaiyyətə açıq olan 577 mandatdan 182-ni qazanıb. Lakin siyasi qüvvələrdən heç biri yeni hökumət yaratmaq üçün çoxluğa sahib deyil.

Prezident Emmanuel Makron, solçuların seçki uğurlarına baxmayaraq, onların yeni kabinetdə iştirakını rədd edib. Fransa prezidenti bu qərarını “institusional sabitliyi” təmin etmək istəyi ilə əsaslandırıb.

Poliqon.info