Elman Paşayev 837 min manat dələduzluqda ittiham olunur

Rusiyada həbs olunan keçmiş vəkil, azərbaycanlı Elman Paşayevin dələduzluqda ittiham olunduğu məbləğ açıqlanıb...

Poliqon xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Elman Paşayev 45 milyon rubldan çox dələduzluqda şübhəli bilinir. Bu, təxminən 837 min manatdır.

Müstəntiqlərin fikrincə, Aleksey Blinovski həyat yoldaşının azadlığa buraxılması üçün ona məhz bu məbləğdə pul verib.

Qeyd edək ki, Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər. Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Elman Paşayev 2020-ci ildə aktyor Mixail Yefremovun işində iştirakı nəticəsində məşhurlaşıb. Proses qarşı tərəfin vəkilləri arasında münaqişə ilə müşayiət olunub, nəticədə Elman Paşayev və zərərçəkmişlərin müdafiəçisi Aleksandr Dobrovinski vəkillik statusundan məhrum edilib.

Poliqon.info