Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb - Yenilənib

Rusiyanın Amur vilayətində göyərtəsində 3 nəfərin olduğu “Robinson R66” markalı helikopter qəzaya uğrayıb...

APA TASS-a istinadən xəbər verir ki, axtarışlar nəticəsində helikopterin qəzaya uğradığı yer aşkarlanıb.

Göyərtədə olan pilot və iki sərnişin həlak olub.

***

Rusiyanın Amur vilayətində göyərtəsində 3 nəfərin olduğu “Robinson R66” markalı helikopter radarlardan itib.

APA yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi xəbər yayıb.

Helikopter havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. İlkin ehtimala görə o, Zolotaya Qora kəndi yaxınlığında qəzaya uğrayıb.

Hazırda helikopterin axtarışları davam etdirilir.

Poliqon.info