Niderlandlı nazirdən bədbin pronoz: Müharibə 2025-ci ildə də bitməyəcək...

Ukraynada müharibə nə bu il, nə də gələn il bitməyəcək, ona görə də realist olmaq və gözləntilərinizi çox qiymətləndirməmək lazımdır...

Poliqon xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekkelmans LRT TELEVISION-a açıqlamasında deyib.

Nazir qeyd edib ki, Ukraynada döyüş meydanında vəziyyət ağır olaraq qalır və Rusiya indi həqiqətən güclüdür.

"Müharibənin bu il bitəcəyini düşünmürəm, gələn il də bitəcəyini gözləmirəm. Təbii ki, biz Ukraynaya mümkün qədər hərbi dəstək verməliyik, amma realist olmalıyıq. Döyüş meydanı çox çətindir, bu o deməkdir ki, biz daha çox şey etməliyik, amma gözləntilərimizi də çox qiymətləndirməməliyik", deyə nazir bildirib.

Brekkelmans vurğulayıb ki, uzunmüddətli perspektivə baxmaq və əmin olmaq lazımdır ki, Avropa vətəndaşları Ukraynanı dəstəkləməkdə davam etmək istəyirlər, ya yox: "Buna görə də insanların məyus olmaması üçün yalan gözləntilər yaratmamalıyıq. Çünki insanlar bəzən düşünürlər ki, Rusiya işğalı marafona çevrilən sprintdir, amma əslində bu, 42 km-lik bir yarışdır, ona görə də biz davam etməliyik".

O əlavə edib ki, optimist, eyni zamanda realist olmaq lazımdır. Onun sözlərinə görə, Rusiya həqiqətən güclü rəqibdir və bu müharibəni çox uzun müddət belə intensivliklə apara bilər.

"Rusiya hərbi sənayesinin nə istehsal edə biləcəyi və onun səfərbər edə biləcəyi adamların sayı ilə bağlı təxminlərə baxsanız, bu rəqəmlər həqiqətən böyükdür. Rusiya rəqəmlər oyunu oynayır və Ukraynanın ondan müdafiə olunması çox çətindir".

Poliqon.info