Avropada yaşanmaqda olan iqtisadi böhran qitənin sosial mənzərəsini dəyişə bilər?..

Avropa İttifaqı iqtisadiyyatının əsas sütunu olan avtomobil istehsalı sahəsində çox ciddi sayılacaq böhran başlayıb...

İqtisadçı-ekspert: “Avropa İttifaqının bir tək problemi avtomobil sənayesi deyil. Amma bu problem avtomobil sənayesindən getdikcə daha çox hiss olunur”.

“Avropanın böyük avtomobil şirkətləri öz istehsalarını daha ucuzlaşdırmağın yollarını tapmalıdırlar. Yoxsa, rəqabətə davam gətirə bilmirlər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Avropada yaşanmaqda olan iqtisadi böhranın səbələrini Poliqon-a şərh edərkən qeyd edib.

Ən son məlumatlara görə Avropa İttifaqı iqtisadiyyatının əsas sütunu olan avtomobil istehsalı sahəsində çox ciddi sayılacaq böhran başlayıb. Bu böhran nəticəsində Aİ-də milyonlarla insanın işsiz qalması istisna olunmur.

Avropada yaşanmaqda olan iqtisadi böhranın səbəblərini nəylə izah etmək olar və doğrudanmı bu böhran Avropa İttifaqının sosial mənzərəsini dəyişə bilər?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Maaşların yüksək olması maya dəyərini də yüksəldir və təbii ki, Avropa avtomobil istehsalçıları rəqabətə davam gətirə bilmirlər”.

Avropada artıq bir neçə ölkələrdə avtomobil zavodlarının bağlandığını vurğulayan ekspert Poliqon-a bildirib ki, bu da Avropa İttifaqı ölkələrin7n iqtisadiyyatında daha başqa və dərin köklü problemlərin olmasından xəbər verir:

“Avropa İttifaqının bir tək problemi avtomobil sənayesi deyil. Amma bu problem avtomobil sənayesindən getdikcə daha çox hiss olunur. Avtomobil istehsalı Avropa İttifaqı ərazisində çox baha başa gəlir. Həm Avropa İttifaqının nəhəng ölkələrində, həm də ABŞ bu problem yaşanmağa başlayıb. Bu ölkələr Çin avtomobil şirkətinə uduzur. Çin avtomobil şirkətləri satışda fantastik rəqəmlər əldə ediblər. Əsasən də onlar elektron mobillərdə çox gəlir əldə ediblər. Bununla da dünyada birinci yerə çıxıblar. Bu da Çin avtomobillərinin həm qiyməti, həm keyfiyyətdə rəqabətə davam gətirəcək səviyyədə olması ilə bağlıdır.

Buna görə də, Avropanın böyük avtomobil şirkətləri öz istehsalarını daha ucuzlaşdırmağın yollarını tapmalıdırlar. Yoxsa, rəqabətə davam gətirə bilmirlər. Hətta, artıq bir neçə ölkələrdə avtomobil zavodları bağlanıb. Bu da daha başqa dərin köklü problemlərin olmasından xəbər verir.

Avropa İttifaqında aşırı nəzarət mexanizmi mal və məhsul istehsalını bahalşdırır. Yəni vergilər bir çox ölkələrdə həddindən artıq çox yüksəkdir. Buna görə, maaşların yüksək olması maya dəyərini də yüksəldir və təbii ki, Avropa avtomobil istehsalçıları rəqabətə davam gətirə bilmirlər. Bu üzdən də Avropa avtomobil istehsalçıları öz istehsal zavodlarını əmək haqqları daha ucuz olan ölkələrə daşımağı düşünürlər. Məsələn, Vyetnam, Hindistan kimi ölkələrin adları çəkilir. Ya da onlar dövlət dəstəyi almalıdırlar, vergi güzəştləri qazanmalıdırlar. Beləliklə də, onlar Çin avtomobil şirkətinə uduzmazlar və nəticədə də Avropada milyonlarla iş yerləri bağlanmaz. Bütün bunlar isə Avropa İttifaqında tezliklə sosial mənzərənin dəyişəcəyindın xəbər verir”.

Nərminə UMUDLU Poliqon.info