Aİ ABŞ-ın iştirakı olmadan Ukraynaya 40 milyard avro kredit verməyə hazırdır

Macarıstan ABŞ-ın Rusiyanın Avropadakı aktivlərini dondurmaq zəmanətinə veto qoyacağı təqdirdə Avropa İttifaqı alternativ axtarır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıblar. Mənbələr bildiriblər ki, ABŞ-la birgə yardım planı əsas plan olaraq qalsa da, ilin sonuna qədər Ukraynaya Aİ-dən 40 milyard avroluq kreditin verilməsi variantı nəzərdən keçirilir.

Financial Times-ın məlumatına görə, Macarıstan nümayəndəsi Aİ-nin Brüsseldəki səfirlərinə məsələnin ABŞ seçkilərindən sonra həll edilməli olduğunu deyib. Budapeştin qərara veto qoya biləcəyinə görə, Brüssel alternativ axtarır. Ehtimal olunur ki, 40 milyard avroluq kredit mövcud yardımın genişləndirilməsi hesab olunacaq. Bununla bağlı qərar qəbul etmək üçün yekdil səs deyil, Aİ-yə üzv ölkələrin səs çoxluğu tələb olunacaq.

Xatırladaq ki, iyun ayında G7 liderləri Ukraynaya 50 milyard dollar kredit ayırmağa razılaşıblar ki, bu kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. ABŞ və Aİ-nin hər birinin 20 milyard dollar verəcəyi, qalan 10 milyard dolların isə Böyük Britaniya, Yaponiya və Kanada tərəfindən paylaşılacağına qərar verirlib. Bununla belə, ABŞ Rusiya aktivlərinin Avropada dondurulmuş olaraq qalacağına dair təminat tələb edib.

Poliqon.info