35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları buraxılıb

35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif olunub...

"Report" xəbər verir ki, bu təkliflə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb: "Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

R.Qasımovun təklifi MSK üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.

Poliqon.info