Estoniyalı akrobat kanat üzərindən Bosfor boğazını keçib

“Red Bull”un atleti Yan Ruz İstanbulda kəndir üzərində yeriyərək Asiyadan Avropaya keçib...

Estoniyalı akrobat Yan Ruz İstanbulda Avropa ilə Asiyanı bir-birindən ayıran Bosfor boğazını kəndir üzərindən keçib.

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin məlumatında bildirilir. Qeyd edilir ki, Ruz bu yolla dünyanın bir qitəsindən digərinə keçən ilk insan olub.

Çoxlu sayda İstanbul sakini hadisənin şahidi olub. Nəşr bunu “tarixi addım” adlandırıb.

Türkiyənin metropolisi İstanbul iki qitədə, Avropa və Asiyada yerləşən dünyada yeganə şəhərdir. Burada qitələr arasındakı sərhəd Bosfor boğazı boyunca keçir, eni 700 ilə 3700 m arasında dəyişir.

Poliqon.info