Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ olub

Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb...

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min əhalisi olan Prins-Rupert şəhərindən 268 km cənubda, ocağı 33 km dərinlikdə yerləşib. Zərərçəkənlər barədə məlumat verilmir.

Sunami təhlükəsinin olmadığı bildirilir.

Poliqon.info