Mask: Niyə heç kim Bayden və Harrisə sui-qəsd etmir?..

Amerikalı biznesmen İlon Mask niyə Trampı öldürməyə çalışıldığına aydınlıq gətirməyə çalışıb...

Amerikalı milyarder iş adamı İlon Mask bildirib ki, heç kim ABŞ prezidenti və vitse-prezidenti Co Bayden və Kamala Harrisin həyatına sui-qəsd etmir...

Poliqon xəbər verir ki, iş adamı bu barədə sahibi olduğu X sosial şəbəkəsində yazıb.

Mask qeyd edib ki, artıq Respublikaçılar tərəfindən seçkiyə namizəd kimi irəli sürülən keçmiş prezident Donald Trampın həyatına iki sui-qəsd edilib.

“Və heç kim Baydenə və ya Kamala sui-qəsd etməyə cəhd etmir”, deyə Mask vurğulayıb.

İş adamı bunu istifadəçilərdən birinin “Niyə Trampı öldürməyə çalışırlar?” sualına cavab olaraq yazıb.

Xatırladaq ki, eks-prezidentin həyatına ilk cəhd iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə baş verib. Trampı öldürməyə cəhd edən 20 yaşlı gənc güllə yarası alıb, yerindəcə ölüb. FTB hadisəni potensial daxili terror aktı kimi qiymətləndirdiyini bildirib.

Trampın həyatına ikinci cəhd bazar günü, sentyabrın 15-də edilib. Atışma siyasətçinin olduğu “West Palm Beach” qolf klubunun yaxınlığında baş verib. Amerika KİV-lərinin məlumatına görə, şübhəli şəxs Ukraynaya fəal dəstək verən Rayan Uesli Rautdur.

Poliqon.info