Konqresmen: Trampa sui-qəsd edən şəxs “Azov” batolyonunu dəstəkləyib...

ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsddə şübhəli bilinən Birləşmiş Ştatlar vətəndaşı Rayan Uesli Raut ukraynalı millətçi “Azov” batalyonu ilə əlaqədə olub...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Konqresinin üzvü Marcori Teylor Qrin X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Administrasiya Trampın qatili Rayan Raut haqqında bildiklərini söyləməlidir. Hökumətimiz Ukraynaya gedən hər bir amerikalını tanıyır”, deyə konqresmen yazısına “Azov”un 2022-ci ildə Mariupolda öz mövqeyini necə tutduğuna həsr olunmuş videodan skrinşot əlavə edərək yazıb.

Qrin bildirib ki, Konqres də bu ilin iyulunda Trampı güllələyən Tomas Metyu Kruks haqqında daha çox məlumat əldə etməlidir.

Qeyd edək ki, sentyabrın 15-də Florida ştatında ABŞ prezidentliyinə namizəd orada olarkən Uest Palm-Biçdə Donald Trampın Beynəlxalq Qolf Klubunda atışma baş verib. Amerika mediası xəbər verir ki, Trampa doğru atəş açmağa cəhd edən şəxs demokratları və Ukraynanı dəstəkləyən və əslən Havay adalarından olan 58 yaşlı Rayan Uesli Rautdur.

Poliqon.info