İran XİN: Ukraynadakı münaqişə Tehranla Aİ arasında münasibətləri çətinləşdirib

İran Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib

Ukrayna münaqişəsi Tehran və Brüssel arasında münasibətlərin inkişafını çətinləşdirib.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

“Ukrayna məsələsi bizim Avropa ilə münasibətlərimizi çətinləşdirib. Ukraynada baş verənlər və avropalıların Rusiyadan gələn təhlükə qarşısında hiss etdikləri hiss İranla münasibətlərdə problemlər və yeni çətinliklər yaradıb”, deyə Abbas Əraqçı vurğulayıb.

İran XİN rəhbərinin sözlərinə görə, Avropa Tehranın regionda təhlükəsizliklə bağlı narahatlıqları bölüşmədiyini gözləməməlidir.

Əraqçı qeyd edib ki, İran və Avropa ölkələri arasında bir-birinə hörmət əsasında danışıqlar aparmaq Brüssel və Tehranın fikir ayrılıqlarını aradan qaldıra biləcək, həmçinin İran və Aİ-nin narahatlıqlarını müzakirə etməyə kömək edəcək.

Xatırladaq ki, bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Xatırladaq ki, sentyabrın 2-də Bloomberg Agentliyi mənbələrə istinadən yazıb ki, Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır. Məqalə müəlliflərinin fikrincə, Rusiya bu raketlərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.

Poliqon.info