Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb...

"Report"un məlumatına görə, "Trident" komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb.

"Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.

***

"Report"un məlumatına görə, mübarizəyə saat 11:35-də start verilib.

Sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.

Poliqon.info