Rusiyada Böyük Vətən müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

Rusiyanın Tver vilayətinin Rjev şəhəri ətrafında aparılan təhqiqat zamanı aşkarlanan “XI Qırmızı Ordu”nun 268 nəfər hərbi qulluqçusuna aid qalıqlar dəfn edilib...

APA-nın TASS-a istinadən xəbərinə görə, dəfn mərasimində bildirilib ki, araşdırmalar zamanı 1941-1945-ci illər arasındakı Böyük Vətən müharibəsində həlak olanlardan yalnız 8 nəfərinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Eyni zamanda 2016-cı ildən Rjevsk, Penovsk, Belsk, Jarkovsk, Oleninsk qəsəbələrində 600 nəfərədək könüllünün iştirakı ilə aparılan ekspedisiyada bugünədək 3 mindən çox hərbçinin qalıqlarının tapıldığı diqqətə çatdırılıb.

Poliqon.info