Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

Dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb...

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan ümumilikdə 10100 həbdən ibarət 5 adda dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info