Avropa Paralimpiya Komitəsinin prezidenti Azərbaycana səfər edib

Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra Azərbaycana səfər edib...

Poliqon xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Poliqon.info