Azərbaycan Qran-prisində Karlos Saynsa xəbərdarlıq edilib

Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşlərdən sonra Karlos Sayns rəqibin qarşısını kəsdiyinə görə xəbərdarlıq alıb...

Poliqon İdman.Biz-ə istinadən bildirir ki, "Ferrari"nin pilotu 13-cü döngədə Serxio Peresə mane olub. Stüardlar öyrəniblər ki, komanda Saynsa yaxınlaşan "Red Bull" pilotu barədə xəbərdarlıq edib, lakin sükandakı çoxsaylı bildirişlər Karlosu yayındırıb. Buna görə də o, yaxınlaşma sürətini səhv qiymətləndirib və Peresə çox gec yol verib.

Öz növbəsində, Serxio qeyd edib ki, vəzziyyəti yaxşı görür və hər şey nəzarətindədir, ona görə də hadisəni çox təhlükəli hesab etmir. Bütün bu faktları nəzərə alan stüardlar Saynsa xəbərdarlıq ediblər.

Poliqon.info