Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib...

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Bildirilib ki, milli müdafiə nazirinin müavini Cemal Sami Tüfekfi vəzifəsindən azad olunub. Onun yerinə Musa Heybət təyin edilib.

Dövlət başçısının sərəncamı ilə təhsil nazirinin müavini Kemal Şamlıoğlunun yerinə Muhammet Bilal Macit, səhiyyə nazir müavini Huzeyfe Yılmazın əvəzinə isə Yasin Ayfer Erkoç təyin olunub.

Poliqon.info