Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb

İşğaldan azad edilən ərazilərə daha bir müntəzəm avtobus marşrutu fəaliyyətə başlayıb...

“Report”un Qarabağ Bürosunun verdiyi məlumata görə, bu gün Bərdə şəhər avtovağzalından Xankəndinə ilk marşrut reysi hərəkət edib.

Bərdə-Xankəndi reysi gün ərzində 3 dəfə olmaqla həyata keçiriləcək. Marşrut Bərdədən hər gün səhər saat 7-də, 11:30 və 16:30-da hərəkət edəcək. Marşrut xətti üzrə hərəkət yüksək komfortlu avtobuslarla həyata keçiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, avtobus marşrutu üzrə sərnişindaşıma qiyməti 2.80 AZN müəyyən edilib.

“Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən, işğaldan azad olunmuş ərazilərə bu gündən daha bir avtobus reysi təşkil olundu. Qeyd edək ki, Bərdə - xankəndi reysi üzrə aralıq məntəqəsi Xocalı şəhəri təyin olunub. Biletlərin qiymətinə gəlincə, Bərdə-Xankəndi üzrə qiymət 2 manat 80 qəpik, Bərdə-Xocalı istiqamətinə isə 2 manat 50 qəpik təşkil edir”, - o qeyd edib.

T.Orucov Xankəndinə gedəcək şəxslər üçün biletin əldə ediıməsi qaldaları ilə yanaşı, həmçinin bəzi şərtlərə əməl edilməsinin vacibliyini vurğulayıb. “Biletləri biletim.az portalından onlayn qayda da əldə etmək mümkündür. Bir xüsusi məqamı da vurğulayım ki, onlayn qaydada bilet alınarkən mütləq işğaldan azad olunmuş ərazilərə giriş icazəsi buraxılış qaydalarına uyğun alınmalıdır. Bu icazəsi olmayanlar əraziyə daxil ola bilməyəcəklər”, - T.Orucov bildirib.

Poliqon.info