Çindən ABŞ-a məsləhət: Öz xəstəliklərinin müalicəsi üçün başqalarına resept tətbiq etmə...

Çinin ABŞ-dakı səfiri Si Fen bir sıra məsələlərdə Vaşinqtonun Pekinə qarşı siyasətinin yanlışlığına işarə edərək, dövlətlər arasında qarşıdurmanın "demokratiyanın avtoritarizmlə mübarizəsi" kimi qiymətləndirilməməsini tələb edib...

Poliqon xəbər verir ki, səfir həmçinin Vaşinqtonu öz xəstəliklərinin müalicəsini başqalarına məcbur etməməyə çağırıb.

Ölkələr arasında münasibətlərin normallaşmasının 45-ci ildönümü ilə bağlı keçirilən tədbirdə diplomat Tayvan məsələsinin iki dövlət arasında münasibətlərdə ən kəskin problemə çevrildiyini diqqətə çatdırıb. Səfir hesab edir ki, bundan başqa, ABŞ səhv xarici siyasət yürüdür, münasibətləri siyasiləşdirir, milli təhlükəsizliyi həddən artıq gücləndirir və daxili siyasi mübarizədə "Çin kartı" oynayır.

Si Fen Vaşinqtonu öz xəstəliklərinin müalicəsi üçün başqalarına reseptlər tətbiq etməməyə çağırıb.

"Münaqişə və qarşıdurma heç kimin maraqlarına xidmət etmir. Dialoq və məsləhətləşmə irəliyə doğru ən yaxşı yoldur. Çin və ABŞ arasında münaqişə hər iki tərəf və bütün dünya üçün dözülməz olardı", deyə səfir vurğulayıb.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Çinə səfərindən sonra keçirdiyi mətbuat konfransında Vaşinqton və Pekinin münasibətlərdə sabitlik şansını artıra biləcəyini, lakin nəyinsə yanlış getməsi risklərinin qaldığını bildirib.

Çinin müdafiə naziri Donq Jun isə bildirmişdi ki, dövlətlər başqa ölkələrin daxili siyasətinə qarışmamalı və onların maraqlarına toxunmamalıdır. O, hər kəsin qanuni suverenliyinə və öz təhlükəsizlik maraqlarına malik olduğunu vurğulayıb.

Poliqon.info