Litva Ukrayna üçün HHM sistemləri almaq niyyətindədir

Litva hakimiyyəti Ukrayna üçün qısa mənzilli hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir...

APA xəbər verir ki, bu barədə Litva liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident Gitanas Nauseda Kiyevə səfəri zamanı gələcək planlarını ukraynalı həmkarı Volodimir Zelenski ilə bölüşüb.

“Litva Ukrayna üçün qısa mənzilli hava hücumundan müdafiə sistemi almaq imkanını nəzərdən keçirir və Ukraynanın uzaqmənzilli silahlarının istehsalı üçün 10 milyon avro ayırmağı planlaşdırır”, - məlumatda deyilir.

Poliqon.info