Relsin üzərində uzandı, qatar üstündən keçdi

Dünən axşam saatlarında Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarının yoluna çıxan kişinin intihar etdiyi məlum olub...

"Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 11-i saat 21 radələrində qeydə alınıb.

Belə ki, Zakir Şakir oğlu Zəkəriyəyev Ağstafa-Bakı dəmiryolu xəttinin Yuxarı Qarxundan keçən hissəsində relsin üzərində uzanıb.

Bu zaman "FLERT" markalı sürət qatarı onun üzərindən keçib. Z.Zəkəriyəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info