Tramp bəyan edib ki, Harris debatı uduzub

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, rəqibi Kamala Harris seçkiqabağı debatda məğlub olub...

ABŞ prezidentliyinə demokrat namizəd Kamala Harris debatda məğlub olub.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp özünün “Truth social” platformasında yazıb.

“O, dünən gecə debatda məğlub oldu” deyə respublikaçı namizəd yazıb.

Trampın sözlərinə görə, amerikalı seçicilərin üçdə biri ABŞ-ın bir sıra mühüm siyasət məsələlərində Harrisin mövqeyini belə başa düşmür.

Qeyd edək ki, CNN telekanalının debatı izləyən seçicilər arasında apardığı rəy sorğusuna görə, debatda Harris Tramp üzərində açıq üstünlük qazanıb. Digər rəy sorğuları da bunu təsdiqləyib.

Poliqon.info