Seul Şimali Koreyanın bir neçə ballistik raket atdığını bildirib

Raketlər Pxenyan ərazisindən Yapon dənizinə doğru atılıb...

Poliqon xəbər verir ki, Cənubi Koreya ordusu cümə axşamı, sentyabrın 12-də KXDR-in Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket atdığını elan edib.

Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər yerli vaxtla saat 07:10 radələrində Pxenyan ərazisindən buraxılıb.

Qeyd edilir ki, Şimali Koreya sonuncu dəfə iyulun əvvəlində Yapon dənizinə doğru ballistik raket buraxmışdı. Daha sonra Pxenyan 4,5 tona qədər çəkisi olan ultra böyük döyüş başlığı daşıya bilən yeni taktiki ballistik raketin uğurlu sınaqlarını elan etdi.

, Cənubi Koreya ordusunun bildirdiyinə görə “Hwasong-11da-4.5” raketinin sınaqları çərçivəsində maksimum 500 km və minimum 90 km məsafədə iki raket buraxılıb.

Poliqon.info