İsrailə Livandan 40 raket atılıb

İsrail Müdafiə Qüvvələri (IDF) sentyabrın 11-i axşam Livandan ölkənin şimal bölgələrinə 40-a yaxın raket atdığını qeydə alıb...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti telegram kanalında məlumat yayıb. Müdafiə Nazirliyindən bildirilib ki, bundan əvvəl İsrail ordusu Livanın cənubundakı Xaraib bölgəsində “Hizbullah” hərəkatının bir neçə hərbi infrastruktur obyektinə hücum edib.

“Ərəb əl-Aramşe qəsəbəsi ərazisində açıq ərazilərdə 30-a yaxın raket aşkarlanıb. Daha 10 raket Matat kəndi yaxınlığında aşkar edilib, onlardan bir neçəsi Mattera ərazisinə, qalanları isə açıq ərazilərə düşüb”, deyə İsrail ordusunun mətbuat xidməti Telegram-da bildirib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Cuaya şəhəri ərazisinə hücum edib. İDF-nin məlumatına görə, zərbələr “Hizbullah”ın silah zavodu və komanda mərkəzini hədəf alıb.

Poliqon.info