Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb

Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb...

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov döş qəfəsinin sol tərəfinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməliyyata alınan Ş.Əsgərovun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info